spot_img
HomeKaryeraElm və Təhsil Nazirliyinin tabe qurumlarından birində Mütəxəssis vəzifəsinə vakansiya elan olunur.
spot_img

Elm və Təhsil Nazirliyinin tabe qurumlarından birində Mütəxəssis vəzifəsinə vakansiya elan olunur.

Elm və Təhsil Nazirliyinin tabe qurumlarından birində Mütəxəssis vəzifəsinə vakansiya elan olunur.

Vəzifə öhdəlikləri:
· Sənəd dövriyyəsi istiqamətində analitik və interaktiv hesabatların hazırlanması (MS Power BI vasitəsilə);
· Microsoft Office proqramlarından (xüsusilə Word, Excel, Outlook və PowerPoint) səmərəli istifadə edilməsi;
· Rəhbərliyə təqdim olunacaq məktubların gündəlik əsasda vaxtında çatdırılmasının təmin edilməsi;
· Korporativ elektron poçt ünvanının idarə olunması, daxil olan məktubların çeşidlənməsi, aidiyyəti struktur bölmələrə yönləndirilməsi və zərurət yarandıqda cavablandırılması;
· Sektor üzrə gündəlik fəaliyyət hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
· Sənəd dövriyyəsi prosesinin monitorinqində iştirak və nəticələrin təhlili;
· Digər qurumlara göndəriləcək rəsmi sənədlərin çatdırılması prosesinin təşkili və koordinasiyası;
· Sənədlərlə iş və kargüzarlıq sahəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.

Tələblər:
· Ali təhsil;
· Kargüzarlıq, sənəd dövriyyəsi və ya inzibati işlər sahəsində iş təcrübəsi üstünlükdür;
· Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
· Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
· MS Power BI ilə işləmək bacarığı;
· Analitik düşünmə və hesabat hazırlama bacarığı;
· Məlumatların sistemləşdirilməsi və sənədlərlə dəqiq işləmək bacarığı;
· Məsuliyyətlilik, operativlik və yüksək təşkilatçılıq qabiliyyəti;
· Komanda ilə işləmək və effektiv kommunikasiya bacarığı.

Üstünlük veriləcək:
· Elektron sənəd dövriyyəsi sistemləri ilə iş təcrübəsi;
Son müraciət tarixi: 25.06.2026
İş qrafiki: 5 günlük (09:00–18:00)

Müraciət:
CV-lərinizi cv@edu.gov.az ünvanına göndərə və ya LinkedIn üzərindən birbaşa əlaqə saxlaya bilərsiniz.

Qeyd: Vakansiya dövlət qulluğu olmayan vəzifə üçün nəzərdə tutulub. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar