spot_img
HomeKaryeraSosial Media Marketinqi üzrə Mütəxəssis vakansiya
spot_img

Sosial Media Marketinqi üzrə Mütəxəssis vakansiya

Şirkət: Improve Group
 
Əsas vəzifə öhdəlikləri:
– Şirkətin sosial media hesablarının (Instagram, Facebook, TikTok, LinkedIn və s.) gündəlik idarə olunması;
– Kontent planlarının hazırlanması, idarə olunması və icrası;
– Post, storis, reels və digər məzmunların hazırlanması və paylaşılması;
– Restoran filialları və əyləncə mərkəzlərində foto və video çəkilişlərin həyata keçirilməsi;
– Çəkilmiş materialların CapCut, Canva və digər mobil tətbiqlər vasitəsilə ilkin montaj və redaktəsinin aparılması;
– Sosial media kampaniyalarının və reklam fəaliyyətlərinin dəstəklənməsi;
– Sosial media göstəricilərinin izlənilməsi, təhlili və mütəmadi hesabatların hazırlanması;
– İzləyicilərdən daxil olan sorğu və rəylərin operativ cavablandırılması;
– Yeni kontent ideyalarının hazırlanması və sosial media trendlərinin araşdırılması;
– Brend standartlarına uyğun kommunikasiya və vizual təqdimatın təmin edilməsi;
– Engagement və izləyici artımına yönəlmiş fəaliyyətlərin həyata keçirilməsi;
– Viral və trend kontentlərin araşdırılması və tətbiqi;
– Bir neçə brend üzrə sosial media fəaliyyətlərinin koordinasiyası.
 
Kvalifikasiya tələbləri:
Təhsili: Ali və ya orta ixtisas təhsili;
İş təcrübəsi: Sosial media sahəsində minimum 1 il iş təcrübəsi.
 
Tələb olunan bilik və bacarıqlar:
– Sosial media platformalarının alqoritmləri və işləmə prinsipləri üzrə biliklər;
– Mobil telefon vasitəsilə keyfiyyətli foto və video çəkiliş bacarığı;
– CapCut, Canva və ya oxşar proqramlarda işləmək bacarığı;
– Kontent planlama və sosial media idarəetmə bacarıqları;
– Kreativ düşüncə və ideya yaratma bacarığı;
– Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
– Analitik düşünmə və nəticəyönümlü fəaliyyət göstərmə bacarığı;
– Trendlərə sürətli adaptasiya və çeviklik bacarığı;
– Detallara diqqət və keyfiyyətə fokuslanma bacarığı;
– Vaxtın effektiv idarə olunması və deadline-lara əməl etmə bacarığı;
– Komanda ilə işləmək və ünsiyyət qurmaq bacarığı;
– Operativ qərarvermə və problem həll etmə bacarığı;
– Axşam saatlarında restoran filiallarına və əyləncə mərkəzlərinə səfər etməyə hazır olmaq.
– Bəy namizədlərə üstünlük verilir.
 Təklif edirik:
• Əmək haqqı: 750–850 AZN (namizədin təcrübə və bacarıqlarından asılı olaraq);
• Karyera inkişafı və öyrənmə imkanları;
• Gənc və dinamik komandada çalışma imkanı;
• Nahar şirkət tərəfindən təmin olunur;
• Müxtəlif brendlər və layihələr üzərində işləmək imkanı;
• Rahat və motivasiyaedici iş mühiti.
 
Ünvan: Elmlər Akademiyası, Zahid Xəlilov 25A.
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Sosial Media Marketinqi üzrə Mütəxəssis” başlığı ilə hr@improve.az elektron poçt ünvanına göndərə bilərlər.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar