“Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsi Dərnək rəhbəri vəzifəsi üzrə sənəd qəbulu elan edir.
Namizədlər aşağıdakı tələblərə cavab verməlidir:
Gənclərlə iş sahəsində minimum 2 il təcrübə;
Yaş həddi: 29-dək;
MS Office proqramlarında sərbəst işləmə bacarığı;
Sosial media platformalarının idarə olunması və kontent hazırlanması bacarığı;
Komanda ilə işləmək və təşəbbüskar fəaliyyət göstərmək bacarığı;
Güclü ünsiyyət və şəxslərarası münasibət qurma bacarığı.
Qeyd: Könüllü və ya əməkdaş qismində müvafiq təcrübənin olması, dil və kompüter bilikləri haqqında qeyd CV-də öz əksini tapmalıdır.
Təqdim ediləcək sənədlər:
- CV (foto ilə, iddia edilən vəzifənin adı qeyd olunmalıdır);
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Ali təhsil haqqında diplomun surəti(əgər varsa);
- Tərcümeyi-hal (elektron formada).
Sənədlər 5 iyul 2026-cı il tarixinədək elektron formada azeyouth@mys.gov.az ünvanına göndərilməlidir. Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Müraciət etdiyiniz müəssisənin və vəzifənin adını “Mövzu” bölməsində qeyd etməyiniz vacibdir.



