Macarıstan Beynəlxalq Əlaqələr İnstitutu (HIIA) beynəlxalq münasibətlər sahəsinə maraq göstərən gənc mütəxəssislər və yeni məzunlar üçün “Future Leaders Program” proqramına müraciət qəbulunu elan edib.
Proqram çərçivəsində iştirakçılar peşəkar mentorların rəhbərliyi altında tədqiqat aparacaq, HIIA-nın tədqiqat və layihə idarəetmə qruplarında çalışacaq, həmçinin Macarıstanın xarici siyasəti üzrə biliklərini inkişaf etdirəcəklər.
Məkan: Budapeşt, Macarstan
Proqram müddəti: 1 sentyabr- 30 noyabr 2026
Tədqiqat istiqamətləri:
Regional istiqamətlər:
Qərbi Balkanlar
Şərqi Avropa
Vişeqrad əməkdaşlığı
Transatlantik münasibətlər
Yaxın Şərq
Türk Dövlətləri
Asiya-Sakit okean regionu
Tematik iqtiqamətlər:
Təhlükəsizlik siyasəti
Avropa İttifaqı
Enerji siyasəti
Multipolyarlıq
Qlobal geosiyasi məsələlər
Bağlantılılıq (Connectivity)
Mədəni diplomatiya
Namizədlər aşağıdakı şərtlərə cavab verməlidirlər:
- 30 yaşdan aşağı olmalıdırlar.
- Minimum bakalavr dərəcəsinə malik yeni məzunlar və ya gənc mütəxəssislər olmalıdırlar.
- Xarici siyasət və beynəlxalq münasibətlər sahəsinə maraq göstərməlidirlər.
Uyğun ixtisaslar:
Beynəlxalq münasibətlər
Fəlsəfə
Siyasi elmlər
Tarix
Diplomatiya
Tələb olunan sənədlər:
CV (maksimum 2 səhifə)
Motivasiya məktubu (maksimum 1 səhifə)
3000–5000 simvol həcmində yazı nümunəsi
Minimum C1 səviyyəsində ingilis dili biliyini təsdiq edən sertifikat
Son müraciət tarixi: 30 iyun 2026
Müsahibələr: 6–17 iyul 2026
Nəticələrin elan olunması: 31 iyul 2026
Proqramın başlanğıcı: 1 sentyabr 2026
Proqramın başa çatması: 30 noyabr 2026



