Qarabağ Universitetinin Humanitar və sosial elmlər fakültəsində “Tarix” və “Dövlət və ictimai münasibətlər” ixtisasları üzrə proqram rəhbəri vakansiyası elan edilib.
Vəzifə öhdəlikləri:
Proqram çərçivəsində akademik, elmi-tədqiqat və inzibati fəaliyyətləri əlaqələndirmək və onlara nəzarət etmək;
Proqram üzrə kurikulumun, tədris planının, sillabusların və digər müvafiq akademik sənədlərin hazırlanmasını, nəzərdən keçirilməsini və yenilənməsini təşkil etmək və bu prosesə nəzarət etmək;
Proqram çərçivəsində keyfiyyətin təminatı və keyfiyyətin artırılması tədbirlərinin həyata keçirilməsini təmin etmək;
Professor-müəllim heyəti və universitetin müvafiq struktur bölmələri ilə koordinasiyalı şəkildə fəaliyyət göstərmək;
Proqramla bağlı illik hesabatların, fəaliyyət planlarının və strateji inkişaf təkliflərinin hazırlanmasını əlaqələndirmək və bu prosesə nəzarət etmək.
Tələblər:
Proqramın profilinə uyğun sahə üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsinə malik olmaq;
Ali təhsil müəssisəsində akademik, pedaqoji və idarəetmə təcrübəsinə malik olmaq;
Akademik proqramların idarə olunması, kurikulumun hazırlanması və keyfiyyətin təminatı prosesləri üzrə geniş biliyə sahib olmaq;
Təhsil sahəsinə aid normativ sənədlər, hesabatlar və institusional prosedurlarla işləmək bacarığına malik olmaq;
Akademik planlaşdırma, koordinasiya və təşkilatçılıq sahəsində yüksək bacarıqlara sahib olmaq;
Güclü liderlik, qərarvermə, ünsiyyət və komandada işləmək bacarıqlarına malik olmaq;
Azərbaycan dilini yazılı və şifahi şəkildə mükəmməl səviyyədə bilmək;
İngilis dilini yazılı və şifahi şəkildə minimum C1 səviyyəsində bilmək;
Beynəlxalq əməkdaşlıq, akademik layihələr, akkreditasiya və ya keyfiyyətin təminatı sahəsində təcrübə üstünlük hesab olunacaq.
Tələb olunan sənədlər:
İngilis dilində hazırlanmış CV;
Ali təhsil diplomlarının, elmi dərəcələrin və elmi adların surətləri;
Elmi nəşrlərin siyahısı;
Motivasiya məktubu (maksimum 500 söz).
Təklif olunur:
Rəqabətqabiliyyətli əməkhaqqı;
Elmi-tədqiqat yönümlü akademik mühit;
Xankəndi şəhərində yaşayış dəstəyi;
Akademik və peşəkar inkişaf imkanları;
Yaşıl və ekoloji cəhətdən əlverişli şəhər mühiti.
Qeydiyyat üçün son tarix: 13 iyul 2026
Qeyd 1: Müraciət edən namizədlər elektron məktubun mövzu hissəsində “Academic Program Head Vacancy” ifadəsini qeyd edərək shss@qu.edu.az elektron poçt ünvanına göndərməlidirlər.
Qeyd 2: Yalnız seçim meyarlarına cavab verən və ilkin mərhələni uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.



