spot_img
HomeKaryeraAzərbaycan Texniki Universitetində iş var
spot_img

Azərbaycan Texniki Universitetində iş var

Azərbaycan Texniki Universitetində vakansiya var.

Beynəlxalq əməkdaşlıq və mübadilə üzrə mütəxəssis
Bakı
Azərbaycan Texniki Universiteti

Xarici universitetlər və beynəlxalq təşkilatlarla elm və təhsil sahəsində əməkdaşlıq əlaqələri qurur, əməkdaşlığın çərçivəsini müəyyənləşdirir və bu çərçivədə işlərin icrasını təmin edir;
Universitetin üzv olduğu xarici assosiasiyalar və təşkilatlarla əməkdaşlıq kommunikasiyalarını idarə edir;
Beynəlxalq layihə və mübadilə proqramlarında universitetin iştirakını artırmaq məqsədilə təklif və tövsiyələr hazırlayır, universiteti beynəlxalq layihələr və mübadilə proqramları üzrə sərgi, görüş, konfrans və seminarlarda təmsil edir;
Beynəlxalq mübadilələrdə iştirakla bağlı prosedurların icrasını həyata keçirir, mübadilədə iştirak edən akademik və inzibati heyətin, eyni zamanda tələbələrin sənədləşmə və viza məsələlərinə dəstək olur;
Universitetin beynəlxalq əməkdaşlıq və mübadilə üzrə statistika və hesabatlarını hazırlayaraq təqdim edir, fəaliyyəti ilə bağlı mütəmadi hesabatlar hazırlayır, mövcud çətinlik və əngəlləri müəyyən edir və onların aradan qaldırılması üçün təklif və tövsiyələr hazırlayır.
Xüsusi tələblər

Ali təhsil (magistr dərəcəsi üstünlükdür);
Minimum 1 il iş təcrübəsi (müvafiq sahə və ya təhsil sahəsi üzrə);
İngilis dilində sərbəst şəkildə ünsiyyət qurmaq, oxumaq və yazmaq bacarığı;
MS Office proqramları üzrə biliklər;
Ünsiyyətcillik, komanda ilə işləmək bacarığı, liderlik, analitik düşünmə və müstəqil qərar qəbul etmə qabiliyyəti;
Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Elm haqqında” Qanunları, eləcə də ölkənin strateji inkişaf prioritetləri və təhsil sahəsini tənzimləyən normativ-hüquqi aktlar üzrə biliklər.
Müraciət üçün son tarix: 15.07.2026
Maraqlanan şəxslərdən CV-lərini cv@aztu.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Müraciət etmək üçün: cv@aztu.edu.az

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar