spot_img
HomeKaryera“Nardaran İnvest” MMC Maliyyə meneceri vakansiyasını elan edir.
spot_img

“Nardaran İnvest” MMC Maliyyə meneceri vakansiyasını elan edir.

“Nardaran İnvest” MMC Maliyyə meneceri vakansiyasını elan edir:

Əmək haqqı: Uğurlu namizədin gözləntisi nəzərə alınmaqla təyin ediləcək.

Vəzifə öhdəlikləri:
– Şirkətdə idarəetmə uçotu və maliyyə nəzarəti sisteminin qurulması və inkişaf etdirilməsi;
– Büdcələşdirmə, maliyyə planlaşdırılması və proqnozlaşdırma proseslərinin hazırlanması və tətbiqi;
– İllik büdcənin hazırlanması, icrasına nəzarət və kənarlaşmaların təhlili;
– Aylıq idarəetmə hesabatlarının (P&L, Cash Flow, Balance Sheet) hazırlanması və təhlili;
– Pul vəsaitlərinin hərəkətinin planlaşdırılması və nəzarəti;
– Food Cost, Beverage Cost, Labor Cost və digər əməliyyat xərclərinin təhlili və optimallaşdırılması;
– Satışlar, rentabellik və digər əsas maliyyə göstəricilərinin təhlili;
– Satınalmalar, anbar qalıqları və ehtiyatların dövriyyəsinə nəzarət;
– Maliyyə modellərinin hazırlanması, investisiya layihələrinin və yeni restoranların maliyyə səmərəliliyinin qiymətləndirilməsi;
– Rəhbərlik üçün maliyyə hesabatlarının, analitik təhlillərin və təqdimatların hazırlanması;
– Mühasibatlıq, əməliyyat, satınalma və restoran rəhbərləri ilə sıx əməkdaşlıq;
– Maliyyə proseslərinin optimallaşdırılması və avtomatlaşdırılması.

Tələblər:
– İqtisadiyyat, maliyyə və ya müvafiq sahə üzrə ali təhsil;
– Müvafiq sahədə 3 illik təcrübə;
– Komandada işləməyi bacarmalı;
– Analitik düşüncə qabiliyyəti;
– Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;
– Rus dili biliyi mütləqdir.

Əlavə məlumat:
– İş vaxtı: 5/2.
– Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin edilir.
– Könüllü tibbi sığorta.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər növbəti elektron ünvana CV göndərə bilərlər:
e-mail: recruitment@seabreeze.az

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar