spot_img
HomeElan və Xəbərlər“Könüllü TƏBİB” layihəsinin tətbiqinə start verilir.
spot_img

“Könüllü TƏBİB” layihəsinin tətbiqinə start verilir.

TƏBİB-in tabeliyində olan Bakı Baş Səhiyyə Mərkəzinin tibb müəssisələrində “Könüllü TƏBİB” layihəsinin tətbiqinə start verilir.

Proqramın məqsədi layihədə iştirak edən könüllülərin:

·      Vətəndaşlara xidmət sahəsində təcrübə qazanması
·      Vətəndaşlarla effektiv ünsiyyət və davranış vərdişlərinin yaranması
·      Korporativ iş mühitində praktiki bilik və bacarıqlarının artırılması
·      Fərdi və peşəkar inkişafına, həmçinin karyera istiqamətlərinin formalaşmasına dəstək göstərilməsi

Könüllülərin vəzifələri:
·      Təhkim olunduğu şöbənin fəaliyyətinə əsasən vətəndaşlara dəstək göstərmək
·      Vətəndaş məmnunluğunun qiymətləndirilməsi məqsədilə sorğular həyata keçirmək

Namizədlərə dair tələblər:
·      16–29 yaş arası şəxslər
·      Ünsiyyət və komanda ilə işləmə bacarıqlarına malik olmaq
·      Məsuliyyətli və intizamlı olmaq

Proqram çərçivəsində:
·      Könüllülər fəaliyyətə başlamazdan əvvəl müvafiq təlimlərə cəlb olunacaqlar
·      Fəaliyyət müddətində koordinator və tibb müəssisəsi tərəfindən təyin olunmuş məsul şəxs tərəfindən fəaliyyətləri əlaqələndiriləcəkdir

Proqramın müddəti: 2 (iki) ay

Proqramın sonunda:
·      Könüllülərə sertifikat və tövsiyə məktubları təqdim olunacaqdır

Son müraciət tarixi: 12.07.2026

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar