Barattson MMC IELTS Test Mərkəzinə “İmtahan nəzarətçisi” vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri:
– Müştərilərin məlumatlandırılması;
– Namizədlərin qeydiyyatının aparılması və prosesə uyğun olaraq əməliyyatların icrası;
– İmtahanların təşkili və iştirakçılara yüksək səviyyədə xidmət göstərmək;
– Speaking imtahanlarının keçirilməsini təşkil etmək;
– Digər administrativ işlər.
Əsas tələblər:
– Ali təhsil;
– Müştəri xidməti üzrə minimum 6 ay iş təcrübəsi;
– Dil bacarıqları: Azərbaycan dili – əla (native), İngilis dili – yüksək (upper – intermediate);
– Ms Office proqramlarında işləmə bacarığı, xüsusilə Ms Excel;
– Ünsiyyət bacarığı;
– Gülərüz və səbrli;
– Operativ işləmə bacarığı.
Biz nə vəd edirik?
– Peşəkar inkişaf imkanı – daxili və xarici təlimlərdə iştirak, şəxsi və karyera inkişafı üçün dəstək;
– Rahat və müasir iş mühiti;
– Komanda birliyini gücləndirən motivasiyaedici korporativ tədbirlər;
– Ailə üzvlərinə təlimlərdən endirimli istifadə haqqı.
İş qrafiki: 5 iş günü (09:00-18:00);
Əmək haqqı: 800 AZN (məbləğə bonus daxildir).
Namizədlərdən CV formalarını vacancy@barattson.com email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “İmtahan nəzarətçisi” qeyd olunmaqla göndərməkləri xahiş olunur.



