spot_img
HomeKaryeraStrategiya üzrə analitik
spot_img

Strategiya üzrə analitik

Vəzifənin məqsədi
Təşkikatın strateji planlaşdırma, böyümə və innovasiya fəaliyyətlərini dəstəkləmək, bazar və analitik əsaslı qərarvermə proseslərinə töhfə vermək və inkişaf təşəbbüslərini koordinasiya etmək.

Responsibilities :
Əsas vəzifələr

  • Strateji planların hazırlanması və icrasının koordinasiyası
  • Təşkilatın uzunmüddətli strateji baxışının formalaşdırılmasında iştirak və strateji məqsədlərin müəyyənləşdirilməsini koordinasiya etmək
  • Strateji təfəkkürün gücləndirilməsi üçün tədbirlər planlarının hazırlanması və icrasına dəstək
  • Strategiyanın icra statusu üzrə aylıq və illik hesabatların hazırlanması və təkmilləşdirmə tədbirlərinin müəyyən edilməsi
  • Strateji qərarverməni dəstəkləyən analitik sənədlərin, rüblük bazar təhlili hesabatlarının və dashboardların hazırlanması
  • Qlobal və yerli Telekom sənaye üzrə bazar trendləri, rəqabət, investisiya axınları və texnoloji inkişafların izlənməsi və təhlili
  • Strategiyanın icrası ilə bağlı daxili məlumatlılığın artırılması üçün təlim və seminarların təşkili
  • İnnovasiya layihələrinin formalaşdırılması və tətbiqinə dəstək
  • Yeni biznes və korporativ inkişaf imkanlarının təhlili
  • Strateji risklərin müəyyən edilməsi və həll təkliflərinin hazırlanması
  • Rəhbərliyə və səhmdar üçün strateji hesabatların və təqdimatların hazırlanması

Tələblər

  • Strateji idarəetmə, biznes analitikası, korporativ idarəeetmə və ya innovasiya sahəsində minimum 5 il iş təcrübəsi; telekommunikasiya, texnologiya (tech) və ya telekom sənaye üzrə təcrübə üstünlük hesab olunur.
    -Strateji və maliyyə təhlili, biznes planların hazırlanması və investisiya layihələrinin qiymətləndirilməsi sahəsində biliklər.
  • Güclü analitik düşüncə və problem həll etmə bacarığı
  • Liderlik, komanda idarəetməsi və əməkdaşlıq bacarıqları
  • Layihə idarəetməsi və koordinasiya bacarığı
  • Güclü təqdimat və kommunikasiya bacarıqları
  • MS Office və data analitik alətlər, Power BI üzrə biliklər
  • Azərbaycan və İngilis dillərində sərbəst (fluent) yazılı və şifahi ünsiyyət bacarığı
CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar