spot_img
HomeKaryeraİşə qəbul üzrə mütəxəssis vakansiyası
spot_img

İşə qəbul üzrə mütəxəssis vakansiyası

İşə qəbul mütəxəssisi axtarılır!


İnsanları doğru işlə, biznesi isə doğru istedadla bir araya gətirməyi bacarırsınızsa, həmçinin daim inkişafda maraqlısınızsa, komandamızda sizi görmək istərdik.
Əsas vəzifələriniz:
▪️ İşçi ehtiyaclarının müəyyənləşdirilməsi və təsdiqi prosesində iştirak etmək;
▪️ Vakansiyaların hazırlanması və müxtəlif platformalarda paylaşılması;
▪️ İşə qəbul prosesinin tam koordinasiyasını həyata keçirmək;
▪️ Müsahibələrin keçirilməsi, namizədlərin qiymətləndirilməsi və referans yoxlamalarının aparılması;
▪️ Namizəd bazasının formalaşdırılması və mütəmadi yenilənməsi;
▪️ İşə qəbul və yerləşdirmə proseslərinin effektivliyinə nəzarət etmək;
▪️ İşəgötürən–işçi münasibətlərinin idarə olunmasına dəstək vermək.

Axtardığımız namizəd:
Ali təhsilli;
İşə qəbul sahəsində təcrübəli;
MS Office proqramlarını (xüsusilə Excel) yaxşı bilən;
Müsahibə aparmaq, ünsiyyət və danışıqlar bacarığı yüksək olan;
Analitik düşüncə və qərarvermə qabiliyyətinə malik;
Komanda ilə işləməyi sevən olmalıdır

Təklif edirik:
İş yeri: Melissa Group – Baş Ofis
Əməkhaqqı: 1000–1200 AZN
İş qrafiki: 5 günlük iş həftəsi (Şənbə və Bazar istirahət)
vəə ən əsası daim inkişaf edəcəyi, öyrənəcəyi iş mühiti

Uyğun namizədlər CV-lərini “İşəqəbul mütəxəssisi” başlığı ilə hr@melissagroup.az ünvanına göndərə bilərlər.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar