spot_img
HomeKaryeraİMotors şirkəti Layihə Assistenti axtarışındadır
spot_img

İMotors şirkəti Layihə Assistenti axtarışındadır

Dinamik komandamızın bir hissəsi olmaq və real layihənin icrasında aktiv rol almaq istəyirsinizsə, IMotors sizi 1 aylıq layihəyə qoşulmağa dəvət edir.

Namizəddən gözləntilər:
• Enerjili, məsuliyyətli və təşəbbüskar olmaq;
• Güclü ünsiyyət və təşkilatçılıq bacarıqlarına sahib olmaq;
• Çevik iş rejiminə uyğunlaşa bilmək;
• Operativ və nəticəyönümlü işləmək bacarığı;

Vəzifə öhdəlikləri:
• Layihənin icrası zamanı yaranan məsələləri izləmək və rəhbərliyə mütəmadi hesabat vermək;
• Görüşlərin planlaşdırılması və koordinasiyasını həyata keçirmək;
• Tərəfdaşlarla yazılı və şifahi ünsiyyəti təmin etmək;
• Tədbirlərin təşkili və koordinasiyasında iştirak etmək;
• Sənəd dövriyyəsini idarə etmək;
• Layihə rəhbərinə inzibati və təşkilati dəstək göstərmək.

İş şərtlərimiz:
• Müddət: 1 aylıq layihə
• İş qrafiki: Layihənin gedişatına uyğun olaraq çevik iş rejimi
• Əmək haqqı: 631 AZN

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Layihə assistenti” qeyd etməklə hr@imotors.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar