Laborant
– Müəssisənin adı: “UĞUR İNDUSTRY” MMC
– İş yeri: Xırdalan şəhəri
Namizədə tələblər:
– Yaş həddi 25-45 (Bəy namizədlərə üstünlük verilir);
– Texniki sahə üzrə ali təhsil;
– Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır;
– Fəal və ünsiyyət yaratmaq bacarığı olmalı;
– Diqqətli və məsuliyyətli olmalı;
Əsas vəzifə öhdəlikləri:
– Laboratoriyada aparılan müntəzəm test və analizlərə aid nümunələri kimyəvi və fiziki analizlər üçün hazırlamaq;
– Laboratoriya testlərini müəyyən edilmiş proseduralara əsasən vaxtında və keyfiyyətlə həyata keçirmək;
– Xammal (əhəng daşı, gips, klinker, qum), köməkçi maddə, qatqı maddələri üçün keyfiyyət planlarında göstərilən kimyəvi analizləri aparmaq və qeydlər götürmək;
– Zavod daxilindən və ya xaricindən gələn nümunələrdə istənilən kimyəvi, fiziki analizləri aparmaq və qeydə almaq;
– Analiz nəticələrini müvafiq qeyd yerlərinə sağlam bir şəkildə qeyd etmək, nəticələr barədə hesabat vermək və rəhbərinə bildirmək və qeydlərin mühafizə və gizliliyini təmin etmək;
– Kimyəvi təhlillərdə istifadə edilən bütün məhlulları standardlara uyğun hazırlamaq, faktor təsbiti aparmaq və məhlulları təzə və hər zaman istifadəyə hazır olmasını təmin etmək;
– Laboratoriya avadanlıqları, cihaz və qurğularının təmiz və saz vəziyyətdə saxlanılmasına nəzarət etmək, onları sınaqlara hazırlamaq;
– İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
– Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək;
Təminatlar:
– Nahar ilə təmin edilir.
– İş yerinə servislə çatdırılır (Bakı və Sumqayıt şəhərlərindən).
– Korporativ nömrə ilə təmin edilir.
– Əmək haqqı: Razılaşma əsasında.
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Laborant” yazaraq cv@ugurindustry.az ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.



