spot_img
HomeKaryeraTədbir və layihə üzrə aparıcı mütəxəssis vakansiyası
spot_img

Tədbir və layihə üzrə aparıcı mütəxəssis vakansiyası

Araz Supermarket MMC-də tədbir və layihə üzrə aparıcı mütəxəssis vakansiyası aktivdir.

Öhdəliklər

– Şirkətin daxili və xarici tədbirlərinin planlaşdırılması və idarə edilməsi;
– Tədbirlərin konsepsiyasının hazırlanması, proqramın formalaşdırılması və icra prosesinin koordinasiyası;
– Layihələrin planının, vaxt qrafikinin və risklərinin idarə olunması;
– Tədbirlər üçün məkan, təchizatçı və tərəfdaşların seçilməsi, müqavilə və əməkdaşlıq proseslərinin koordinasiyası;
– Müxtəlif departamentlərlə sıx əməkdaşlıq edərək layihələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsini təmin etmək;
– Tədbir və layihələr üzrə hesabatların hazırlanması, nəticələrin təhlili və inkişaf təkliflərinin təqdim edilməsi;
– Tədbirlərin kommunikasiya planının hazırlanmasına dəstək göstərmək influencerlər ilə əməkdaşlıq.

Tələblər

– Marketinq, Biznesin idarəedilməsi, Menecment, İctimaiyyətlə əlaqələr və ya digər uyğun ixtisas üzrə ali təhsil;
– Tədbirlərin təşkili, layihələrin idarə olunması və ya oxşar sahədə minimum 3 il iş təcrübəsi;
– Layihələrin planlaşdırılması və koordinasiyası üzrə praktiki biliklər;
– Azərbaycan dilini mükəmməl, ingilis dilini isə yaxşı səviyyədə bilmək;
– MS Office proqramlarında (Word, Excel, PowerPoint) sərbəst işləmək bacarığı;

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Tədbir və Layihə üzrə Aparıcı Mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Career@retail.az elektron poçt ünvanına göndərə bilərlər.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar