spot_img
HomeKaryeraİnsan resursları sahəsində təcrübə proqramı
spot_img

İnsan resursları sahəsində təcrübə proqramı

HR Assistenti (Təcrübə Proqramı)

Favorite Premium Market öz komandasını gücləndirir!
Yeni məzunlara və İnsan Resursları sahəsində karyerasına başlamaq istəyən gənclərə əla fürsət! 3 aylıq təcrübə proqramımıza qoşulun və HR sahəsində real iş təcrübəsi qazanın.
Vəzifə: HR Assistenti — Təcrübəçi (2 nəfər)
Məkan: Sarabski Plaza, 28 May
Müddət: 3 ay
Əmək haqqı: 400 AZN (net)
Əlavə imkan: Nahar təminatı


Vəzifə öhdəlikləri:
Vakansiyaların yerləşdirilməsi və namizədlərin ilkin qiymətləndirilməsinə dəstək
Müsahibələrin planlaşdırılması və əlaqələndirilməsi
İşçi sənədləşməsinin (fayl, müqavilə, arayış və s.) hazırlanmasında iştirak
HR məlumat bazasının aparılması və yenilənməsi
Korporativ tədbirlərin təşkilinə dəstək
Rəhbərliyin tapşırdığı digər HR-la bağlı işlər

Tələblər:
▪️ Ali təhsil (İdarəetmə, Psixologiya, İqtisadiyyat və ya əlaqəli sahə üzrə üstünlük verilir)
▪️ MS Office (xüsusilə Excel) proqramlarında işləmə bacarığı
▪️ Ünsiyyətcil, yüksək təşkilatçılıq bacarığı
▪️ Öyrənməyə açıq və məsuliyyətli
▪️ Komanda ilə işləmə bacarığı


Müraciət üçün:
CV-nizi gulsum.quliyeva@favorite.az ünvanına 24 iyul 2026-cı il tarixinədək göndərin.
Karyeranıza HR sahəsində güclü start vermək istəyirsinizsə, bu fürsəti qaçırmayın!

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar