Saffron Group ilə maliyyə sahəsində karyeranıza başlayın!
Maliyyə və mühasibatlıq sahəsində real iş təcrübəsi qazanmaq istəyən tələbə və ya yeni məzunsunuz?
Komandamıza Maliyyə üzrə Təcrübəçi (Finance Intern) axtarırıq. Bu vəzifədə təcrübəli maliyyə mütəxəssisləri ilə birgə çalışaraq praktiki bilik və bacarıqlarınızı inkişaf etdirmək imkanı əldə edəcəksiniz.
Vəzifə öhdəlikləri:
– ERP sistemində sənədlərin işlənməsi;
– Anbar inventarizasiyasında iştirak və nəticələrin üzləşdirilməsinə dəstək;
– Aylıq maliyyə hesabatlarının və əsas fəaliyyət göstəricilərinin (KPI) hazırlanmasına dəstək;
– Maliyyə sənədlərinin təşkili və sistemli şəkildə saxlanılması;
– Maliyyə məlumatları ilə işləmək və gündəlik mühasibat əməliyyatlarının icrasında iştirak.
Tələblər:
– Maliyyə, Mühasibatlıq, Audit, İqtisadiyyat və ya əlaqəli ixtisas üzrə bakalavr tələbəsi və ya məzun;
– İş təcrübəsi tələb olunmur;
– Analitik düşünmə bacarığı və detallara diqqət;
– Microsoft Excel və Word proqramları üzrə əsas biliklər;
– Öyrənməyə həvəsli və peşəkar inkişaf istəyi.
İş yeri: Bakı, Azərbaycan
Uyğunluq: Yalnız Azərbaycan vətəndaşları müraciət edə bilərlər.
Müraciət üçün son tarix: 30 iyul 2026
Müraciət qaydası: CV-nizi mövzu hissəsində “Finance Intern” qeyd etməklə hr@saffron.az elektron poçt ünvanına göndərə bilərsiniz.



