Yaradıcı düşüncəni strateji yanaşma ilə birləşdirən, sözlərin gücü ilə brend dəyəri yaradan və satış yönümlü məzmun hazırlamağı bacaran peşəkarları komandamıza dəvət edirik.
Bu vəzifədə siz:
- Brendimizin Tone of Voice-na uyğun kommunikasiya mətnləri hazırlayacaq;
- Rəqəmsal platformalar və reklam kampaniyaları üçün effektiv kontent yaradacaq;
- Marketinq komandası ilə birlikdə güclü kommunikasiya strategiyasının formalaşdırılmasına töhfə verəcəksiniz.
Gözləntilər:
– Copywriting sahəsində minimum 1 il iş təcrübəsi;
– Azərbaycan dilində yüksək səviyyədə yazı və redaktə bacarığı;
– Rəqəmsal marketinq və sosial media kontenti üzrə təcrübə;
– Yaradıcı yanaşma, məsuliyyət və komanda ilə effektiv əməkdaşlıq.
Müraciət üçün CV-i sebine.qenberli@kreditevi.az elektron poçt ünvanına mövzu hissəsində “Copywriter” qeyd etməklə göndərin.



