Favorite Premium Market Faktura Kontrol sahəsi üzrə 4 nəfərlik Operator Təcrübə Proqramını elan edir. Bu proqram sizə yalnız iş təcrübəsi deyil, həm də real bir komandanın parçası olmaq şansı verir.
Vakansiya haqqında qısaca:
Operator (Faktura Kontrol) — Təcrübəçi (4 nəfər)
Sarabski Plaza, 28 May
Tam ştat | 3 ay
400 AZN + Nahar
Bu vəzifədə çalışacaq şəxs faktura qeydiyyatından tutmuş, sənəd-mal uyğunluğunun yoxlanılmasına qədər bir sıra vacib proseslərdə iştirak edəcək. Uyğunsuzluqları vaxtında görmək, dəqiq işləmək və sistemli yanaşma bacarığı bu işdə önəmlidir.
Kimləri axtarırıq?
• Ali təhsilli (İqtisadiyyat / Mühasibatlıq / Maliyyə üstünlükdür);
• Excel bilən;
• Detallara həssas, diqqətli;
• Komanda işinə açıq.
Müraciət üçün:
CV-nizi aysu.seyidova@favorite.az ünvanına 24 iyul 2026-cı il tarixinədək göndərə bilərsiniz.



