spot_img
HomeKaryeraSərnişin vaqonunun bələdçisi vakansiyası
spot_img

Sərnişin vaqonunun bələdçisi vakansiyası

“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentində Sərnişin vaqonunun bələdçisi vakansiyası aktivdir.

Təsvir

• Səfərə başlamazdan əvvəl vaqona daxili və xarici baxış keçirmək, texniki, sanitar və təhlükəsizlik baxımından hazır vəziyyətdə olmasını yoxlamaq;

• Vaqonda qapılar, oturacaqlar, sanitar qovşaqları, su və gigiyena vasitələri, yanğın təhlükəsizliyi avadanlıqları və digər avadanlıqların saz vəziyyətdə olmasını təmin etmək;

• Vaqonun isitmə, havalandırma, kondisioner, elektrik və digər mühəndis sistemlərinin işlək vəziyyətdə olmasına nəzarət etmək;

• Mövsümə uyğun olaraq isitmə sisteminin fasiləsiz fəaliyyətini və tələb olunan yanacaq ehtiyatının mövcudluğunu təmin etmək;

• İlk tibbi yardım çantasının, təmizləmə inventarlarının və digər zəruri ləvazimatların tamlığını yoxlamaq, çatışmazlıqların aradan qaldırılmasını təmin etmək;

• Sərnişinlərin biletlərini və zəruri hallarda şəxsiyyətini təsdiq edən sənədlərini yoxlamaq, onların vaqonda müvafiq yerlərdə əyləşdirilməsini təmin etmək;

• Təhlükəsizlik qaydalarına uyğun olaraq qadağan olunmuş əşyaların daşınmasının qarşısını almaq, baqaj və ev heyvanlarının müəyyən olunmuş qaydalara uyğun daşınmasına nəzarət etmək;

• Sərnişinlərə yüksək xidmət göstərmək, onların təhlükəsiz və rahat səfərini təmin etmək;

• Səfər müddətində vaqonun təmizliyinə, sanitar-gigiyenik vəziyyətinə və komfortlu temperatur rejiminə daim nəzarət etmək;

• Yataq yerləri olan vaqonlarda sərnişinləri yataq dəstləri ilə təmin etmək, ehtiyac yarandıqda yaşlı, əlilliyi olan, xəstə və azyaşlı uşaqları müşayiət edən sərnişinlərə kömək göstərmək;

• Sərnişinləri qatarın dayanacaqları, dayanma müddəti və digər zəruri məlumatlar barədə vaxtında məlumatlandırmaq;

• Səfər başa çatdıqdan sonra vaqonu təhvil vermək, istifadə olunmuş materialların uçotunu aparmaq və müəyyən edilmiş qaydada təhvil vermək;

• Növbəli iş qrafiki (daimi işi yolda keçən və gediş-gəliş xarakteri daşıyan).

Tələblər

Təhsil səviyyəsi: Ümumi orta təhsil;

Xarici dil bilikləri: Rus və ya ingilis dili biliyi üstünlükdür; 

Diqqətlilik;

Müştəri yönümlülük;

Şifahi ifadə;

Peşəkar ehtiyatlılıq;

Problem həll etmə bacarığı.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar