Təməl C# və .NET Core bilikləri olan, özünü backend proqramlaşdırma sahəsində inkişaf etdirmək istəyən həvəsli və məsuliyyətli gənclər üçün əla fürsət! Təcrübəli developerlərdən öyrənərək praktiki bacarıqlarınızı inkişaf etdirin.
İş şəraiti və təminatlar:
Əməkhaqqı: 500 AZN (Gross)
İş yeri ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, Pasyolka Kirov
Əsas vəzifə öhdəlikləri:
• .NET Core əsaslı layihələrdə iştirak və dəstək göstərmək;
• Sadə backend funksiyaların və API-lərin yazılması;
• Mövcud kodların oxunması və kiçik dəyişikliklərin edilməsi;
• Verilənlər bazası ilə işləmək və sorğuların yazılması.
Namizədə tələblər:
• Yaş həddi: 20 – 30 yaş
• C# və .NET Core üzrə təməl biliklər;
• OOP (Obyektyönlü Proqramlaşdırma) anlayışlarını bilmək;
• HTML, CSS və JavaScript üzrə təməl səviyyədə biliklər;
• SQL üzrə ilkin biliklər (sadə sorğular yaza bilmə);
• Git haqqında ümumi anlayış;
• Öyrənməyə həvəsli və məsuliyyətli olmaq.
Müraciət üçün: Müraciət etmək istəyən namizədlərdən CV-lərini mövzu (subject) hissəsində “.NET Core üzrə təcrübəçi” qeyd etməklə AZIN Technology şirkətinin hr@azintech.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.



