İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi kadastr sahəsi üzrə bilik və bacarıqlarını inkişaf etdirmək istəyən təcrübəçiləri əməkdaşlığa dəvət edir.
Təcrübə proqramı çərçivəsində iştirakçılar:
• Kadastr sahəsində praktiki bilik və təcrübə qazanacaq;
• Peşəkar mütəxəssislərlə birgə işləmək imkanı əldə edəcək;
• Real iş mühitində öz bacarıqlarını inkişaf etdirəcəklər.
İş günləri: Bazar ertəsi – Cümə
İş saatları: 10:00 – 17:00
Kadastr sahəsində özünü inkişaf etdirmək, praktiki təcrübə qazanmaq və peşəkar fəaliyyətə ilk addımını atmaq istəyən namizədlər təcrübə proqramına müraciət edə bilər.
Müraciət etmək istəyən namizədlərdən CV-lərini vakansiyanın adını mövzu (Subject) hissəsində qeyd etməklə aşağıda göstərilən e-mail ünvanına göndərmələri xahiş olunur.
Email: karyera@icherisheher.gov.az
Əlaqə: +994 10 241 82 71



