spot_img
HomeKaryeraBirbankda Kredit Risklərinin Təhlili Departamentində təcrübəçi vakansiyası
spot_img

Birbankda Kredit Risklərinin Təhlili Departamentində təcrübəçi vakansiyası

Vakansiya haqqında

Birbankın Korporativ Kreditlərin Təhlili şöbəsinin komandasına qoşulmaq üçün analitik düşünmə bacarığına sahib, detallara diqqətli və davamlı inkişafı hədəfləyən əməkdaş axtarılır. İdeal namizəd müştərilərin kredit və digər müvafiq müraciətlərini qiymətləndirəcək və şirkətin siyasət və qaydalarına uyğunluğunu təmin edərək ödəmə qabiliyyətini müəyyən edəcək.

Tələblər

• Kredit müraciətləri üzrə sənədlərin toplanması və sistemləşdirilməsində dəstək göstərmək;
• Maliyyə və qeyri-maliyyə məlumatlarının emalında iştirak etmək;
• Maliyyə hesabatlarının ilkin yoxlanılmasına kömək etmək;
• Maliyyə göstəricilərinin hesablanmasında və təhlil cədvəllərinin hazırlanmasında dəstək olmaq;
• Müştərilər üzrə açıq mənbələrdən ilkin araşdırmalar aparmaq;
• Kredit rəyləri və komitə materiallarının hazırlanmasına kömək etmək;
• Daxili qayda və prosedurlara, məxfilik tələblərinə riayət etmək;
• Rəhbər əməkdaşın verdiyi digər tapşırıqları yerinə yetirmək.

Öhdəliklər

• Maliyyə, iqtisadiyyat, mühasibat uçotu, bank işi və ya əlaqəli ixtisas üzrə son kurs tələbəsi və ya ali təhsilli;
• Maliyyə hesabatları (Balans, Mənfəət və Zərər, Pul vəsaitlərinin hərəkəti hesabatı) haqqında baza bilikləri;
• Maliyyə və iqtisadi göstəricilərlə işləməyə maraq;
• Analitik düşünmə və öyrənməyə həvəs;
• Araşdırma aparmaq və məlumatları təhlil etmək bacarığı;
• Microsoft Office proqramlarında, xüsusilə Excel və Word-də baza səviyyəsində işləmək bacarığı;
• Azərbaycan dilini sərbəst, ingilis dilini maliyyə terminlərini oxuya biləcək səviyyədə bilmək;
• ACCA FA (F3) və ya bu istiqamətdə təhsilin olması üstünlükdür;
• Komandada işləmək və effektiv ünsiyyət bacarığı.

Təklif olunanlar

      • İnkişaf imkanları
      • Rəqabətli əmək haqqı və bonuslar
      • Yüksək təminatlı sığorta
      • Dəstəkləyici mühit
      • Visa Premium əmək haqqı kartı
      • Korporativ endirimlər
      • Korporativ tədbirlər
      • Əlavə məzuniyyət
      • Güzəştli təhsil və işçi kredit

      CareerBridge.az
      CareerBridge.azhttps://careerbridge.az
      CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
      OXŞAR POSTLAR
      Reklamspot_img

      Çox Oxunanlar