İş yeri: Azərbaycan Texniki Universiteti
İş barədə məlumat:
Strateji idarəetmə
• Magistratura təhsilinin inkişaf strategiyasının hazırlanması və həyata keçirilməsi;
• Fəaliyyət göstəricilərinin (KPI) müəyyən edilməsi və monitorinqi;
• Qəbul nəticələrinin və inkişaf tendensiyalarının təhlili;
• Yeni akademik təşəbbüslərin və inkişaf layihələrinin hazırlanması.
Akademik proseslərin idarə olunması
• Magistratura səviyyəsində tədris prosesinin koordinasiyası;
• Akademik yüklərin planlaşdırılması;
• Tədris planlarının və akademik təqvimin icrasına nəzarət.
Tələbə xidmətləri
• Magistrantlara göstərilən xidmətlərin təşkili və təkmilləşdirilməsi;
• Tələbə müraciətlərinin operativ və keyfiyyətli cavablandırılmasının təmin edilməsi;
• Təhsil sənədlərinin hazırlanmasına və düzgün rəsmiləşdirilməsinə nəzarət.
Sənəd dövriyyəsi və normativ iş
• Fərdi tədris planlarının hazırlanması və icrasının təşkili;
• Transkript, diplom və akademik arayışların rəsmiləşdirilməsi;
• Akademik məzuniyyət, bərpa, köçürülmə və digər akademik prosedurların qanunvericiliyə uyğun həyata keçirilməsi.
Analitika və rəqəmsallaşdırma
• Hesabatların və analitik dashboardların hazırlanması;
• Akademik məlumatların təhlili və qərarvermə prosesində istifadəsi;
• Rəqəmsal idarəetmə sistemləri və süni intellekt həllərinin tətbiqi üzrə təşəbbüslərin irəli sürülməsi.
Tələblər:
• Magistr səviyyəsində ali təhsil;
• Müvafiq sahə üzrə elmi dərəcə və elmi ad üstünlükdür;
• Ali təhsil müəssisəsində akademik və ya inzibati idarəetmə sahəsində iş təcrübəsi;
• Ali təhsil sahəsində normativ-hüquqi sənədlər üzrə bilik;
• Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
• MS Office proqramlarını, xüsusilə MS Excel-i peşəkar səviyyədə bilmək;
• AOİTİS, portal.edu.az və digər rəqəmsal idarəetmə platformaları ilə işləmək bacarığı;
• Analitik düşüncə, liderlik və komanda idarəetmə bacarıqları.
Namizəddən gözləntilər:
• Magistratura təhsilinin inkişafı ilə bağlı strateji baxış təqdim etmək;
• Analitik qərarvermə və nəticəyönümlü idarəetmə yanaşması nümayiş etdirmək;
• KPI-ların hazırlanması və monitorinqini təşkil etmək;
• Dəyişikliklərin idarə olunması və proseslərin davamlı təkmilləşdirilməsinə rəhbərlik etmək;
• Yüksək peşə etikası və məsuliyyət prinsiplərinə uyğun fəaliyyət göstərmək.
Seçim prosesi:
• Seçim aşağıdakı mərhələlər üzrə həyata keçiriləcək:
• Təqdim edilmiş sənədlərin ilkin qiymətləndirilməsi;
• Konseptual təqdimatın qiymətləndirilməsi;
Müsahibə mərhələsi:
Qiymətləndirmə strateji düşünmə, akademik idarəetmə təcrübəsi, analitik yanaşma, liderlik və təqdimat bacarıqları əsasında aparılacaq.
Müraciət forması:
Namizədlər aşağıdakı sənədləri elektron formada təqdim etməlidirlər:
CV;
Magistratura təhsilinin inkişafı ilə bağlı strateji baxış.
Sənədlər “Magistratura şöbəsinin müdiri” mövzusu qeyd edilməklə cv@aztu.edu.az elektron poçt ünvanına göndərilməlidir.
Müraciət üçün son tarix: 31.08.2026



