spot_img
HomeKaryeraXəzər Gənclər evində Dərnək rəhbəri vakansiyası
spot_img

Xəzər Gənclər evində Dərnək rəhbəri vakansiyası

Xəzər Gənclər evi sosial xidmət müəssisəsi Dərnək rəhbəri vəzifəsinə sənəd qəbulu elan edir.

Namizədlər aşağıdakı tələblərə cavab verməlidir:

• Gənclərlə iş sahəsində təcrübə (2 il);
• Yaş həddi 29 yaşadək;
• MS Office paketinə daxil olan proqramlarda sərbəst işləmə bacarığı;
• Komanda ilə işləmə bacarığı;
• Şəxslərarası effektivlik.

Qeyd: Könüllü və ya əməkdaş qismində müvafiq təcrübənin olması, dil və kompüter bilikləri haqqında qeyd CV-də öz əksini tapmalıdır.

Təqdim ediləcək sənədlər:

• CV (foto ilə, iddia edilən vəzifənin adı qeyd olunmalıdır);
• Şəxsiyyət vəsiqəsinin surəti;
• Ali təhsil haqqında diplomun surəti (əgər varsa);
• Tərcümeyi-hal (elektron formada).

Sənədlər elan paylaşıldıqdan sonra 10 iş günü ərzində elektron formada azeyouth@mys.gov.az ünvanına göndərilməlidir.

Müraciətlər nəzərdən keçirilərək yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Müraciət etdiyiniz müəssisənin və vəzifənin adını “Mövzu” bölməsində qeyd etməyiniz vacibdir.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar