Təhsil Tələbə Krediti Fondu və Sosial Xidmətlər Agentliyi təhsil tələbə kreditindən yararlanan tələbələr üçün “Təcrübə Proqramı – 2026” elan edir.
Təcrübə proqramında iştirak üçün əsas tələblər:
3-cü və 4-cü kurs bakalavr, 1-ci və 2-ci kurs magistr tələbəsi olmaq;
ÜOMG-si 70 və daha yüksək olmaq;
“Psixologiya”, “Sosial iş”, “Loqopediya” və “Təhsildə sosial-psixoloji xidmət” ixtisaslarında təhsil alan və təhsil tələbə kreditindən yararlanan tələbələr.
Təcrübə proqramı sizə nə qazandıracaq?
Nəzəri biliklərinizi praktik mühitdə tətbiq etmək;
Peşəkar bacarıqlarınızı inkişaf etdirmək;
Real iş mühiti ilə yaxından tanış olmaq imkanı.
Proqramın müddəti: 3 ay
Müraciət üçün son tarix: 25.08.2026



