spot_img
HomeKaryeraCost Controller üzrə Təcrübə Proqramı
spot_img

Cost Controller üzrə Təcrübə Proqramı

Maliyyə sahəsində karyeranıza ilk addımı bizimlə atın!

Yeni məzunsunuz, maliyyə sahəsinə marağınız var və Cost Controller istiqamətində özünüzü inkişaf etdirmək istəyirsiniz?

Komandamıza qoşularaq real iş mühitində təcrübə qazanmaq, maliyyə və xərc nəzarəti proseslərini öyrənmək və peşəkar inkişafınıza başlamaq imkanı əldə edə bilərsiniz.

Namizədə tələblər:

  • Maliyyə, iqtisadiyyat, mühasibatlıq və ya əlaqəli ixtisas üzrə yeni məzun olmaq;
  • Maliyyə və xərc nəzarəti sahəsinə maraq;
  • Excel və MS Office proqramlarında işləmək bacarığı;
  • Analitik düşüncə və rəqəmlərlə işləmə qabiliyyəti;
  • Öyrənməyə və inkişaf etməyə həvəs;
  • Məsuliyyətli və diqqətli yanaşma;
  • Komandada işləmək bacarığı.

Təcrübənin gedişində nələri öyrənəcəksiniz?

  • Xərclərin monitorinqi və təhlili;
  • Büdcə və faktiki xərclərin müqayisəsi;
  • Cost Control prosesləri;
  • Maliyyə hesabatlarının hazırlanması və analizi;
  • IIKO proqramı və Excel üzərindən maliyyə məlumatları ilə işləmək;
  • Real biznes proseslərində maliyyə nəzarətinin tətbiqi.

İş şəraiti:

  • İş qrafiki: 09:00 – 18:00
  • İş yeri: Xətai rayonu, 8 Noyabr prospekti 23;
  • Nahar və yol xərci qarşılanır.
    Təcrübə müddəti 2 aydır, bu müddəti uğurla başa vuran namizədlər işlə təmin olunacaq.

Əgər maliyyə sahəsində karyeranıza başlamaq və Cost Control istiqamətində ilk peşəkar təcrübənizi qazanmaq istəyirsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq!

Müraciət üçün aşağıdaki linkə keçid edərək məlumatlarınızı doldurmağınız xahiş olunur.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar