Vəzifə: Qəbul üzrə koordinator
Struktur: Beynəlxalq Əlaqələr Ofisi
İş yeri: Xəzər Universiteti
Xəzər Universiteti Beynəlxalq Əlaqələr Ofisində Qəbul üzrə koordinator vəzifəsində çalışmaq üçün ən azı 1 il müvafiq iş təcrübəsinə malik namizəd axtarır.
Əsas tələblər və üstünlüklər:
• Ən azı 1 il müvafiq peşəkar iş təcrübəsi;
• Güclü ünsiyyət və analitik düşünmə bacarıqları;
• Yüksək təşkilatçılıq və vaxtın idarə edilməsi bacarıqları;
• İngilis dilində yazılı və şifahi yüksək səviyyədə bilik;
• Beynəlxalq əlaqələr, ali təhsil, tələbə xidmətləri və ya inzibati koordinasiya sahəsində əvvəlki iş təcrübəsi üstünlükdür;
• Rus dili biliyi üstünlükdür.
Əməkhaqqı: Namizədin təcrübəsi, bilik və bacarıqlarına uyğun olaraq müəyyən ediləcək.
Yuxarıda qeyd olunan tələblərə cavab verən namizədlər CV-lərini fsuleymanov@khazar.org elektron poçt ünvanına göndərə bilərlər.
Xəzər Universitetinin dinamik və beynəlxalq mühitinə qoşularaq universitetin qlobal əlaqələrinin və tərəfdaşlıq təşəbbüslərinin inkişafına töhfə verin.
Son müraciət tarixi: 24 avqust 2026-cı il



