Hər il keçirilən bu unudulmaz sərgidə könüllü olmaq sənə beynəlxalq universitetlərin nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq, xarici dil bacarıqlarını inkişaf etdirmək, sosial çevrəni genişləndirmək, bacarıqlarını artırmaq və dəyərli təcrübə toplamaq imkanı verir.
Tədbir 31 Oktyabr, 13:00–17:00-da Hilton Baku, Sevda Ballroom-da baş tutacaq. İlkin qiymətləndirmədən keçən namizədlər müsahibəyə dəvət olunacaq.
Könüllü, kontent yaradıcısı və tərcüməçilər tədbirin sonunda rəsmi sertifikat, eyni zamanda xüsusi hədiyyələrlə mükafatlandırılacaq!
Kimlər müraciət edə bilər?
• 16–24 yaş arası gənclər
• Beynəlxalq tədbirlərdə iştirak etmək motivasiyası olanlar
• Aktiv könüllülük təcrübəsinə sahib olanlar
• İngilis dilində sərbəst ünsiyyət qura bilənlər
• Komandada işləməyi bacaran, yaradıcı, problem həll etmə və yüksək ünsiyyət bacarıqları olanlar
Son müraciət tarixi: 28 avqust 2026
İŞTİRAKÇI LİNKİ İLƏ KÖNÜLLÜ FORMUNU QARIŞDIRMAMAĞINIZ XAHİŞ OLUNUR, KÖNÜLLÜ OLMAQ İSTƏYƏNLƏR MÜTLƏQ FORMU DOLDURMALIDIR! İştirakçı linki isə yalnız sərgiyə iştirakçı olaraq gəlmək istəyənlər üçündür.



