27-28 avqust tarixlərində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Sea Breeze” ərazisində, “Shore House”un qarşısındakı meydançada Yay İdman Festivalı keçiriləcək.
Saat 16:00-dan 19:00-dək davam edəcək festivalda basketbol 3×3, reqbi, stolüstü tennis, badminton, voleybol, kəndirlə mübarizə, güləş, cüdo, taekvondo, kapoeyra, sumo, aykido, ciu-citsu, karate, mas-reslinq və avarçəkmə olmaqla, 16 idman növü üzrə nümunəvi çıxışlar və müxtəlif fəaliyyətlər təşkil olunacaq.
Festivalın açıq idman zonasında hər kəs müxtəlif idman növlərini ödənişsiz sınamaq, öz bacarıqlarını yoxlamaq və idman növləri ilə tanış olmaq imkanı əldə edəcək.
Hər kəsi Yay İdman Festivalına dəvət edirik!



