spot_img
HomeKaryeraVAKANSİYA: Marketinq üzrə Kiçik Mütəxəssis
spot_img

VAKANSİYA: Marketinq üzrə Kiçik Mütəxəssis


KingSmart marketinq komandamıza enerjili, öyrənməyə həvəsli və inkişaf yönümlü Marketinq üzrə Kiçik Mütəxəssis axtarırıq!

Ünvan: Bakı, Nərimanov — Baş ofis
İş qrafiki: 5 günlük
Əmək haqqı: Razılaşma əsasında

Vəzifə öhdəlikləri:

Marketinq kampaniyalarının hazırlanması və icrasında iştirak etmək;
Sosial media hesablarının idarə olunmasına dəstək göstərmək;
Marketinq planlarının hazırlanmasına və həyata keçirilməsinə dəstək olmaq;
Bazar və rəqib araşdırmaları aparmaq;
Reklam kampaniyalarının nəticələrini analiz etmək;
Marketinq komandası ilə gündəlik iş prosesində koordinasiyalı çalışmaq;
Yeni marketinq ideyalarının və layihələrinin hazırlanmasında iştirak etmək.

Namizədə tələblər:

Marketinq, biznes, kommunikasiya və ya əlaqəli sahədə təhsil;
Marketinq sahəsində 1–3 il iş təcrübəsi;
Marketinq sahəsinə maraq və inkişaf etmək istəyi;
MS Office proqramlarında işləmək bacarığı;
Sosial media platformaları haqqında ümumi anlayış;
Analitik düşüncə və komanda ilə işləmək bacarığı;
Məsuliyyətli, çevik və təşəbbüskar olmaq.

Müraciət üçün CV-nizi:
selale@kingsmart.az ünvanına göndərə bilərsiniz.

Əlaqə:
055 215 15 41
055 215 30 05

Müraciət edərkən e-mail mövzusunda “Marketinq üzrə Kiçik Mütəxəssis” qeyd etməyiniz xahiş olunur.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar