Təhsil Tələbə Krediti Fondu və “Loqos” Psixoloji və Nitq Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində gənclər üçün təcrübə proqramına müraciət elan olunur.
Proqram aşağıdakı istiqamətləri əhatə edir:
• Psixologiya və psixoterapiya
• Sosial iş
• Layihələrin idarə olunması
İştirakçılar real layihələrdə praktiki təcrübə qazanmaq, peşəkar bacarıqlarını inkişaf etdirmək və əmək mühitinə daha yaxından bələd olmaq imkanı əldə edəcəklər.
Son müraciət tarixi: 25 oktyabr 2026
İştirak qrafiki: Təhsil və şəxsi qrafik nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən ediləcək.
Qeyd: Proqram ödənişsizdir və maliyyə ödənişi nəzərdə tutulmur.



