spot_img
HomeKaryera"Texniki sahə üzrə mütəxəssis" vakansiyası
spot_img

“Texniki sahə üzrə mütəxəssis” vakansiyası

Azersun Holdingdə Sumqayıt şəhərində yerləşən istehsalat müəssisələrimiz üçün “Texniki sahə üzrə mütəxəssis” vakansiyası çərçivəsində yeni əməkdaş axtarışındayıq.

Tələblər:

· Ali texniki təhsil (Mexanika mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi, Elektrik mühəndisliyi və ya müvafiq sahə);
· İstehsalat müəssisələrində, texniki/avtomatika sahəsində minimum 1-2 il iş təcrübəsi
· Maşın və dəzgahların iş prinsipləri, avtomatika elementləri, kalibrasiya prosesləri və profilaktik təmir (PM) sistemləri barədə dərin biliklər;
· Texniki heyəti idarə etmə, iş bölgüsü aparma və komandanı motivasiya etmə qabiliyyəti;
· Problemlərin kökünü (Root Cause) tapmaq və önləyici həllər təklif etmək bacarığı;

Vəzifə öhdəlikləri:

· Müəssisə üzrə maşın/dəzgahlarda texniki avadanlıqların düzgün texniki istismarını, fasiləsiz və yüksək məhsuldarlıqla işləməsini təmin etməklə texnoloji prosesi aparmaq;
· Texniki xəta və problemləri davamlı izləmək, onların yaranma səbəblərini analiz edərək aradan qaldırılması istiqamətində tədbirlər görmək;
· Sistemin təkmilləşdirilməsi üçün analizlər aparmaq, önləyici tədbirlər görmək, cihaz parkının yeniləşdirilməsi və yeni layihələrin icrası üçün təkliflər hazırlamaq;
· Maşınların işə hazırlanmasını, ayrı-ayrı qurğu və birləşmələrin texniki yoxlanılmasını yerinə yetirmək, avadanlığın avtomatika elementlərinin parametrlərinə və möhkəmliyinə nəzarət etmək, zədələri vaxtında üzə çıxarmaq məqsədi ilə testlər və təmir işləri aparmaq;
· Tabeliyində olan personallar arasında iş bölgüsü aparmaq, onların gördükləri işlərin keyfiyyətinə, istehsalat və əmək intizamına, həmçinin təhlükəsizlik qaydalarına riayət etməsinə nəzarət etmək;
· Tabeliyində olan heyəti normal iş şəraiti, lazımi texniki avadanlıq və ehtiyat hissələri ilə təmin etmək;
· İllik kalibrasiya qrafikinin yerinə yetirilməsinə, avadanlıqlarda təmir və sınaq işlərinin təlimatlara uyğun aparılmasına nəzarət etmək, profilaktik və cari təmirləri təşkil etmək;
· Təsdiq olunmuş sənədlərə əsasən təmir işlərinin vaxtında aparılmasını təmin etmək və uyğun sənədlərdə lazımi qeydiyyatları aparmaq.

İş yeri: Sumqayıt şəhəri

Nahar şirkət tərəfindən təmin olunur
Nəqliyyat dəstəyi mövcuddur

CV göndərmək üçün: cv@azersun.com
Mövzu hissəsində: “Texniki sahə üzrə mütəxəssis”

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar