Şirkətimiz müxtəlif layihələr üçün əmək münasibətlərinin qurulması məqsədilə Strong Junior DBA vakansiyası üzrə peşəkar mütəxəssislərin axtarışındadır
Namizəd haqqında:
– Universitetdə Proqramlaşdırma, Kompüter Mühəndisliyi, Texniki və ya buna bənzər sahələrdə bakalavr və ya magistr təhsili arzuolunandır
– Minimum 1-2 il sahə üzrə təcrübə
– Əsas olaraq PostgreSQL, Oracle və SQL Server biliklərinin olması mütləqdir
– Verilənlər bazasının ilkin qurulması və ilkin tənzimlənmələri haqqında biliklər mütləqdir
– Verilənlər bazalarında istifadəçi, rollar, onların səlahiyyətləri və səlahiyyətlərin tənzimlənməsi kimi proseslər üzrə biliklər mütləqdir
– Bazaların backup və ya restore olunması, eyni ilə müxtəlif serverlərə daşınması sahəsində təcrübə
– Verilənlər bazasının təhlükəsizlik prinsipləri və bu ətrafda təcrübəsi olanlara üstünlük veriləcəkdir
– Verilənlər bazasının performans və tuninq məsələlərində təcrübəsi olanlar, eləcədə də yaxşı SQL yazma və ya SQL sorğularını tuninq etməyi bacaranlara ayrıca üstünlük veriləcəkdir
– Verilənlər bazasında yeni alətlərin (tools, extensions) qurulması və tətbiqi biliklərin olması
– Verilənlər bazalarında cədvəllər, indekslər, tiplər və digər bənzər proseslərin düzgün qaydalara əsasən qurulması sahəsində biliklərin olması
– NoSQL bazalarının qurulması və ya onlar haqqında ümumi bilikləri olanlara üstünlük veriləcəkdir
– Özünü inkişaf etdirməyə hazır və yeniliklərə açıq olmaq
– Komanda ilə işləmə bacarıqları
Maraqlı olanlar hr@iktex.az elektron ünvanına CV göndərə bilər



