Analitik düşüncə tərziniz, maliyyə təhlili üzrə təcrübəniz və nəticəyönümlü yanaşmanızla yeni karyera imkanına hazırsınızsa, sizi komandamıza dəvət edirik.
Əsas vəzifə öhdəlikləri:
• Maliyyə və əməliyyat göstəriciləri üzrə analitik hesabatlar hazırlamaq;
• Əməliyyat sistemləri və məlumat bazalarından məlumatları toplamaq, emal və təhlil etmək;
• Hesabat məlumatlarının dəqiqliyini və tamlığını yoxlamaq, uyğunsuzluqları aradan qaldırmaq;
• Hesabatlılıq proseslərini təkmilləşdirmək, rəhbərlik üçün analitik məlumatlar və təqdimatlar hazırlamaq;
• Müvafiq struktur bölmələrlə əməkdaşlıq edərək məlumatların vaxtında əldə olunmasını təmin etmək.
Tələb olunan bilik və bacarıqlar:
• Maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
• Hesabatlılıq, maliyyə təhlili və ya analitika sahəsində minimum 3 il iş təcrübəsi;
• MS Excel üzrə yüksək səviyyədə bilik, iri həcmli məlumatlarla işləmək və onları təhlil etmək bacarığı;
• Analitik düşünmə, problemlərin həlli, detallara diqqət və effektiv kommunikasiya bacarıqları.
Üstünlük hesab olunur:
• Power BI və digər məlumatların vizuallaşdırılması alətləri üzrə biliklər;
• Məlumat bazalarının sorğulanması, maliyyə modelləşdirilməsi və büdcə təhlili üzrə təcrübə;
• Nəqliyyat sahəsində iş təcrübəsi.
İş rejimi: 5 günlük.
Əməkhaqqı: Müsahibə əsasında.
CV üçün: ir@bbak.az



