Əziz tələbələr və məzunlar!
Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) 10-cu Təcrübə Proqramına qeydiyyat açıq elan olunur!
Əgər siz də:
Xaricdə təhsil alan tələbə və məzunlardan ibarət aktiv icmanın bir parçası olmaq;
Təşkilatçılıq və peşəkar bacarıqlarınızı real iş mühitində inkişaf etdirmək;
Yerli və beynəlxalq layihələr, tədbirlər, təlim və seminarlarda iştirak edərək yeni təcrübələr qazanmaq;
Özünüzü müxtəlif istiqamətlərdə sınayaraq karyera yolunuzu gücləndirmək istəyirsinizsə — bu fürsəti qaçırmayın!
Təcrübə istiqamətləri:
- İctimaiyyətlə əlaqələr & Media
- Beynəlxalq əlaqələr
- Layihələrin idarə olunması
- Qrafik dizayn
Proqramı uğurla başa vuran iştirakçılar sertifikatla təltif olunacaqlar.
Son qeydiyyat tarixi: 16 oktyabr, saat 23:59
Fürsəti dəyərləndir, təcrübə qazan və karyerana ilk addımı at!



