spot_img
HomeKaryeraDövlət İmtahan Mərkəzi vakansiya elan edir.
spot_img

Dövlət İmtahan Mərkəzi vakansiya elan edir.

Dövlət İmtahan Mərkəzinin Yoxlama-ölçmə materiallarının işlənməsi departamenti Magistratura, PMS və ali təhsil üzrə digər imtahanlar sektorunda baş məsləhətçi vəzifəsi üzrə (müddətli-sosial məzuniyyətdə olan işçinin yerinə) vakansiya elan edilib.

Əmək funksiyaları:

Sektorun fəaliyyət istiqamətinə aid edilən imtahanlar üzrə qanunvericilik və digər əlaqəli imtahan fənlərinin qəbul proqramlarını hazırlamaq və ehtiyac yarandıqda onlarda zəruri düzəlişlər aparmaq;
Müvafiq imtahanların qanunvericilik üzrə test bankındakı yoxlama-ölçmə materiallarının işlənib-hazırlanmasına ekspertlər cəlb etmək, onlara müvafiq təlimatlar vermək (treninqlər keçmək);
Mövcud olan test tapşırıqları bankının (istiqamətlər üzrə) mütəmadi olaraq təftişini təşkil etmək;
İxtisas və peşəkarlıq səviyyəsinə uyğun test tapşırıqlarının hazırlanmasında, test tapşırıqları bankının təftişində şəxsən iştirak etmək;
Müvafiq imtahanlarda sual kitabçalarına daxil olan test tapşırıqlarının qapalı şəraitdə yoxlanılması və ekspertizasında iştirak etmək (və ya müvafiq istiqamət üzrə yekun ekspertizanı kurasiya etmək)
Yoxlama-ölçmə materiallarının işlənib-hazırlanmasına cəlb olunmuş ekspertlərin işinin keyfiyyətinə nəzarət etmək;
Yoxlama-ölçmə materiallarının ekspertizası prosesinin yekunu baradə sənədləşməni aparmaq (müvafiq akt və protokolları tərtib edib, aidiyyəti üzrə təqdim etmək);
İmtahan verəcək şəxslərə elmi-metodik kömək məqsədilə metodik vəsaitlərin və topluların hazırlanmasında iştirak etmək;
Səlahiyyətləri daxilində sektora daxil olan müraciətləri araşdırmaq və cavablandırmaq.

Tələb olunan bilik və bacarıqlar:

Hüquqşünaslıq ixtisası üzrə ali təhsil;
Staj tələbi: minimum 2 il;
Test metodologiyasına dair biliklər;
Azərbaycan dilini yüksək, ingilis və rus dillərini orta səviyyədə bilmək;
MS Windows və MS Office proqramlarında, eləcə də internet resursları ilə sərbəst işləmək bacarığı;
Analitik düşünmə bacarığı, diqqətlilik, metodoloji düşüncə, məlumatların məxfiliyinin qorunması, ekspertlərlə işləmə bacarığı, məsuliyyətlilik və intizamlılıq.

Müraciət qaydası:

Namizədlər 18 oktyabr 2026-cı il tarixinədək https://lnkd.in/e4XgXg_2 linkinə daxil olaraq “baş məsləhətçi (müddətli-sosial məzuniyyətdə olan işçinin yerinə)” vakansiyasını seçib elektron müraciət formasını doldurmalı və göndərməlidirlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar