spot_img
HomeKaryera“The Power of Tomorrow” Təcrübə Proqramına yeni qəbul başlayır!
spot_img

“The Power of Tomorrow” Təcrübə Proqramına yeni qəbul başlayır!


Əgər yeni məzunsansa, nəzəri biliklərini real iş mühitində sınamaq, peşəkarlarla birlikdə işləmək və karyerana güclü başlanğıc etmək istəyirsənsə — səni proqramımıza qoşulmağa dəvət edirik!

Səndən nə gözləyirik?
Ali və ya peşə təhsili üzrə yeni məzun olmağın
Öyrənməyə açıq, məsuliyyətli və təşəbbüskar olmağın
Komandada işləməyi və ünsiyyət qurmağı bacarmağın
Seçdiyin istiqamət üzrə inkişaf etmək istəyin
Bəzi istiqamətlər üzrə ingilis dili və müvafiq proqram bilikləri

Hansı istiqamətlər üzrə axtarırıq?

Korporativ funksiyalar

Maliyyə
HR
SƏTƏM
Satınalma
Satış 
İnzibati

Mühəndislik

Avtomatika mühəndisi / Elektrik
Planlama üzrə mühəndis
Mühəndis-energetik
Mexanika mühəndisi
Keyfiyyətə nəzarət
Laborant


İstehsalat və texniki sahələr

CNC Operatorları
Çilingər
Qaynaqçı
Quraşdırıcı
Qəlibçi
Hidravlik

Bəs səni nə gözləyir?

Ödənişli təcrübə
Nahar və nəqliyyat təminatı
Real iş və istehsalat mühiti
Təcrübəli mütəxəssislərdən öyrənmək imkanı
Praktiki bilik və peşəkar inkişaf
Proqramı uğurla tamamladıqdan sonra sertifikat / tövsiyə məktubu

Müraciət üçün:

CV-ni və özünü qısa şəkildə tanıtdığın 1–2 abzaslıq motivasiya məktubunu sabahingucu@stp.az ünvanına müraciət etdiyin ixtisası qeyd etməklə göndər.

Motivasiya məktubunda bizə sadəcə bunu de:
Niyə bu proqramda olmaq istəyirsən və burada nə öyrənmək istəyirsən?

Son müraciət tarixi: 13.11.2026

The Power of Tomorrow | Together We Build Tomorrow

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar