spot_img
HomeKaryeraAvtomatika Mühəndisi axtarılır!
spot_img

Avtomatika Mühəndisi axtarılır!

Goranboy, Gəncə və Mingəçevirdə yaşayanların nəzərinə!

Tələblər:

Təhsil:
– Ali texniki təhsil (avtomatika, elektronika, elektrik mühəndisliyi və ya oxşar sahələr).
– Yeni məzun, təcrübə proqramlarında iştirak etmiş və ya az təcrübəli mütəxəssislər də müraciət edə bilər.
Texniki bilik və bacarıqlar:
– Avtomatika və elektrotexnika sistemləri haqqında ümumi anlayış.
– Elektrik sxemlərini oxuma bacarığı və mühərriklər, qurğular barədə baza biliklər.
– PLC, SCADA, sensorlar barədə ilkin biliklər (arzuolunandır).
– Kompüterdə işləmə bacarığı (İP ünvanları, şəbəkə topologiyası, periferiya qurğuları ilə işləmək və s.).

Dil bilikləri:
– Azərbaycan dili – sərbəst.
– Rus və İngilis dili – üstünlükdür.
– Texniki İngilis dili səviyyəsində təlimatları oxuyub-anlama bacarığı.
Şəxsi keyfiyyətlər:
– Öyrənməyə həvəsli və yeni texnologiyalara açıq olmaq.
– Məntiqi düşünmə qabiliyyəti.
– Komandada işləmə və ünsiyyət bacarığı.
– Diqqətcil, məsuliyyətli və dəqiq olmaq.
Üstünlük veriləcək:
– Sənaye müəssisəsində təcrübə.
– Praktiki bacarıqlar (təcrübə proqramlarında iştirak və s.).

Müraciət üçün:
Zəhmət olmasa, (+99410) 253 02 04 nömrəsi ilə əlaqə saxlayın və ya aytakin.taghiyeva@gilan-knauf.az e-poçt ünvanına CV-nizi göndərin.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar