spot_img
HomeElan və Xəbərlər“Dayanıqlı İnkişaf və İnnovasiya İqtisadiyyatı” mövzusunda Tədqiqatçıların II Beynəlxalq Konfransı keçiriləcəkdir.
spot_img

“Dayanıqlı İnkişaf və İnnovasiya İqtisadiyyatı” mövzusunda Tədqiqatçıların II Beynəlxalq Konfransı keçiriləcəkdir.

4-5 dekabr 2025-ci il tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “İqtisadiyyat və idarəetmə” fakültəsinin təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf və İnnovasiya İqtisadiyyatı” mövzusunda İqtisadiyyat və Sosial Elmlər sahəsində Tədqiqatçıların II Beynəlxalq Konfransı (ICRESS – 2025) keçiriləcəkdir.

Konfransda iştirak etmək üçün müvafiq mövzu üzrə məqalələr (azərbaycan, türk, rus və ingilis dillərində) 15 noyabr 2025-cü il tarixinədək icress@unec.edu.az elektron poçtu vasitəsilə qəbul olunacaqdır.

Konfransın bölmələri aşağıdakı mövzuları əhatə edir:

  • Dayanıqlı inkişaf və sosial innovasiyalar
  • İnnovasiya siyasəti və dövlət dəstəyi
  • Regionların dayanıqlı inkişaf problemləri
  • İnnovativ iqtisadiyyat və beynəlxalq rəqabət
  • Dayanıqlı iqtisadiyyat və resursların səmərəli idarə olunması
  • Dayanıqlı inkişaf: innovasiya və sosial rifahın statistik ölçülməsi
  • Azərbaycanda dayanıqlı və innovativ inkişaf
  • Ekoloji problemlər və dairəvi iqtisadiyyat
  • Yaşıl inkişaf və yaşıl iqtisadiyyata transformasiya

Konfransa göndərilən məqalələrin yazı qaydalarına tələblər haqqında nümunəni bu link vasitəsilə əldə etmək olar.
Konfransda yalnız canlı və ya onlayn qaydada çıxış edən müəlliflərin məqalələri toplu kitabında nəşr olunacaqdır.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar