Şirkətə peşəkar minimum 3 il təcrübəsi olan HR mütəxəssisi axtarır.
Vəzifə öhdəlikləri:
Əmək müqavilələrinə müvafiq dəyişikliklərin edilməsi;
Tam maddi məsuliyyət haqqında müqavilələrin bağlanılması;
Vəzifə təlimatlarının və müxtəlif əmrlərin (işə qəbul, dəyişiklik, işdən azad, mükafat və s.) hazırlanması;
ƏMAS sistemində məlumatların daxil edilməsi və düzəlişlərin aparılması;
İşçilərin icbari sığortası üzrə tədbirlərin görülməsi;
Məzuniyyət qalıqlarının və məzuniyyət qrafiklərinin hazırlanması;
Kadr sənədləşməsinin əmək qanunvericiliyinə uyğun aparılması və müvafiq analizlərin həyata keçirilməsi;
Sorğuların müvafiq qurumlara göndərilməsi;
Staj və iş vaxtı uçotu cədvəllərinin tərtib edilməsi;
Əmək haqqı cədvəllərinə uyğun hesabatların hazırlanması və uyğunsuzluqların aradan qaldırılması;
Proqram bazasına məlumatların daxil edilməsi.
Namizədə tələblər:
Ali təhsil;
HR sahəsində minimum 3 il iş təcrübəsi;
Əmək qanunvericiliyi üzrə dərin biliklər;
Elektron kadr uçotu sistemlərində (ƏMAS və s.) işləmə bacarığı;
Sənədləşmə və yazışma bacarığı;
Analitik düşüncə və məsuliyyətlilik;
Komandada və müstəqil işləmə bacarığı.
Şirkət təklif edir:
Rəsmi əmək müqaviləsi;
Peşəkar inkişaf imkanı;
Rahat iş mühiti.
Müraciət üçün CV-nizi careers@balique.az ünvanına göndərməyiniz xahiş olunur.



