Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi, “İnnovasiya Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən bu proqram yenilikçi düşüncəyə malik, öyrənməyə açıq və inkişaf yönümlü gənclər üçün mükəmməl fürsətdir!
Proqramda sən:
• Layihə və tədbirlərin təşkilində iştirak edəcəksən;
• Öz potensialını kəşf edəcəksən;
• Dinamik və yaradıcı komandanın bir hissəsi olacaqsan;
• Nazirliyin tabeliyindəki dövlət qurumlarında təcrübə qazanacaqsan.
Nəticədə:
Təcrübəni uğurla bitirən könüllülər sertifikatla təltif olunacaq.
Tələblər:
• Yaş: 18–29
• Təcrübə müddəti: 3 ay
• Müsahibə mərhələsini keçənlər “İnnovasiya Könüllüləri” ailəsinə qəbul olunacaq.
Son müraciət tarixi: 15 noyabr 2025



