Daima böyüyən şirkətimizdə yeni karyera fürsəti!
Rossmann-Azərbaycan komandası genişlənir və biz Kateqoriya Menecerləri axtarırıq.
Əsas vəzifələr:
Portfeldəki markaların idarə edilməsi və bazar ehtiyaclarına uyğun məhsul təminatı
İdxal və daxili təchizat proseslərinin idarə olunması
Büdcə və KPI hədəflərinə nail olunması
Təchizatçılarla əməkdaşlıq, qiymət indekslərinin hesablanması
Rəqiblərin fəaliyyətinin izlənməsi və bazar təhlilləri
Mağazalarda məhsulun düzgün təqdimatına nəzarət
Hesabatların hazırlanması və tərəfdaşlarla paylaşılması
Tələblər:
Ali təhsil (biznes, iqtisadiyyat və ya marketinq sahəsi üstünlükdür)
Minimum 3 il satınalma/kateqoriya idarəetməsi üzrə iş təcrübəsi
Analitik düşüncə və bazar təhlili bacarıqları
Güclü ünsiyyət və danışıqlar aparma qabiliyyəti
Excel və ERP sistemləri üzrə biliklər
Biz isə sizə inkişaf yönümlü iş mühiti, beynəlxalq standartlarda təcrübə və peşəkar komanda ilə çalışma imkanı təqdim edirik.
Müraciət üçün CV-lərinizi careers@rossmann.az ünvanına göndərə bilərsiniz.



