spot_img
HomeKaryeraKitab nəşri sahəsində yay təcrübə proqramı
spot_img

Kitab nəşri sahəsində yay təcrübə proqramı

Qanun Nəşriyyatı kitab nəşri sahəsində təcrübə qazanmaq, peşəkar mühitdə işləmək və gələcək karyerasına güclü başlanğıc etmək istəyən yeni məzunları Yay Təcrübə Proqramına dəvət edir.

Təcrübə müddəti: 18 avqust – 18 sentyabr 2026 (1 ay)
İş saatları: 09:00–17:00
Son müraciət tarixi: 8 avqust 2026

Təcrübə istiqamətləri və tələb olunan bacarıqlar

Redaktə
• Azərbaycan dili qrammatikasını yüksək səviyyədə bilmək;
• Redaktə prinsipləri və mətnlə işləmə bacarığı;
• Diqqətli, məsuliyyətli və araşdırma yönümlü olmaq.

Korrektə
• Azərbaycan dili qrammatikasını, orfoqrafiya və durğu işarələrini mükəmməl bilmək;
• Mətnlərdə dil və texniki səhvləri aşkar etmək bacarığı;
• Diqqətli və səbirli olmaq.

Qrafik dizayn – Qapaq dizaynı
• Adobe InDesign, Adobe Photoshop və CorelDRAW proqramlarını bilmək;
• Kreativ düşüncə və yüksək vizual zövq;
• Sürətli və operativ işləmə bacarığı.

Qrafik dizayn – Kitabın iç dizaynı (Səhifələmə)
• Adobe InDesign proqramını bilmək;
• Kitab səhifələmə qaydalarına bələd olmaq;
• Mətni düzgün formatlaşdırmaq və səhifələmək bacarığı.

Mətbəə Laklayıcı maşın operatorunun köməkçisi və ya Konika çap maşını üzrə çapçı istiqamətləri
• Texniki avadanlıqlarla işləməyə maraq;
• Öyrənməyə həvəsli, məsuliyyətli və intizamlı olmaq;
• Komanda ilə işləmək bacarığı.

Təcrübə proqramı ərzində iştirakçılar real iş prosesində peşəkar komanda ilə birlikdə çalışacaq və praktik təcrübə əldə edəcəklər. Proqramı uğurla başa vuran namizədlər üçün Qanun Nəşriyyatında işə qəbul imkanı yüksəkdir.

Zəhmət olmasa, məlumatları diqqətlə doldurun. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar