spot_img
HomeElan və XəbərlərMDU-nun tələbələri üçün Türkiyənin İstanbul Ticaret Universitetində 1 semestr mübadilə imkanı!
spot_img

MDU-nun tələbələri üçün Türkiyənin İstanbul Ticaret Universitetində 1 semestr mübadilə imkanı!


Mingəçevir Dövlət Universitetinin (MDU) bakalavriat səviyyəsində təhsil alan tələbələr Türkiyənin İstanbul Ticaret Universitetində 2025/2026-cı tədris ilinin yaz semestrində təhsil almaq üçün müraciət edə bilərlər.

Qeyd edək ki, İstanbul Ticaret Universitetində tədris türk və ingilis dillərində aparılır və bu universitetin bütün ixtisasları üzrə mübadilə imkanı mövcuddur.

Mübadilə üçün şərtlər və tələb olunan sənədlər:
• MDU-nun bakalavr (2-ci və 3-cü kurs) tələbəsi olmaq;
• Ərizə forması (Application Form);
• Transkript (ÜOMG minimum 75 bal olmalıdır).

Qəbul planı:
• Qəbul ediləcək tələbə sayı – 5 nəfər
• Qəbul ediləcək müəllim sayı – 5 nəfər

Mübadilədə iştirak etmək istəyənlər tələb olunan sənədləri “iro@mdu.edu.az” elektron poçt ünvanına göndərməlidirlər.

Sənədlər siyahıya uyğun təqdim edilmədiyi halda müraciətlər qeydə alınmayacaq.

Sənədlərlə tanış olmaq üçün: https://lnkd.in/e3bg2xxr

Son müraciət tarixi: 31 oktyabr 2025

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar