spot_img
HomeKaryeraMühasibatlıq üzrə təcrübə proqramı
spot_img

Mühasibatlıq üzrə təcrübə proqramı

“FAM Group Consulting MMC”mühasibatlıq sahəsində bilik və bacarıqlarını təkmilləşdirmək istəyən gəncləri 3 aylıq ödənişsiz təcrübə proqramına dəvət edir!

Təcrübə proqramı çərçivəsində:
• Müştəri borcları ilə bağlı analizlərin aparılması;
• Baş mühasib tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi;
• 1C (8.3) proqram təminatında iş;
• Debitor və kreditorlarla qarşılıqlı hesablaşma və üzləşmə aktlarının hazırlanması;
• Mühasibat sənədlərinin arxivləşdirilməsi və uçot qaydalarının öyrənilməsi;
• Vergi bəyannamələrinin tərtib edilməsinin izahı və praktiki tətbiqi;
• Real iş mühitində gündəlik əməliyyatlarda iştirak və təcrübə qazanmaq imkanı.

Namizədə tələblər:
• Maliyyə, iqtisadiyyat və ya mühasibatlıq sahəsində ali təhsil;
• Microsoft Office proqramlarından (xüsusilə Excel, Word) istifadə bacarığı;
• Komanda ilə işləmə və öyrənməyə həvəs;
• Maliyyə və mühasibatlıq sahəsində nəzəri biliklər;
• Məsuliyyətli və təşəbbüskar yanaşma;
• İngilis dili biliyi üstünlükdür.

Şirkət təmin edir:
• Nahar;
• Müasir və rahat iş şəraiti;
• Karyera və peşəkar inkişaf imkanları (təlimlər, sertifikat proqramları və s.).

İş qrafiki: 5 günlük iş həftəsi

Ünvan: Nəriman Nərimanov, Əhməd Rəcəbli 226, 3-cü mərtəbə.

Müraciət: CV-nizi “Mühasib təcrübəçi” başlığı ilə hr@famgroupconsulting.az ünvanına göndərin.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar