“Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və Naxçıvan Təlim Mərkəzinin dəstəyi ilə keçirilən “Naxçıvan gəncləri üçün liderlik məktəbi” layihəsinə qeydiyyat başlayır!
Layihənin əsas məqsədi gənclərin liderlik və komanda ilə işləmək bacarıqlarını inkişaf etdirmək, onların yeni bilik və təcrübələr qazanmasına dəstək vermək, effektiv kommunikasiya və yaradıcı düşüncə kimi keyfiyyətlərə yiyələnmələrinə imkan yaratmaq, eyni zamanda gənclər arasında şəbəkələşməni genişləndirməkdir.
17-29 yaşarası gənclər üçün nəzərdə tutulan layihə 2 ay davam edəcək və proqramı uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.
Müraciət üçün son tarix: 31 oktyabr 2025-ci il
QR koda daxil olmaqla da qeydiyyatdan keçə bilərsiniz!



