Satış, lizinq və müştəri xidmətləri sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək istəyən gənclər və yeni məzunlar fürsətdən yararlana bilərlər.
Proqram haqqında:
• Müddət: 3 ayadək
• İş qrafiki: Həftədə 5 iş günü (yarım iş günü)
• Əməkhaqqı: 200 AZN
• Şərtlər: Təcrübəçilərlə əmək müqaviləsi bağlanılır və hər iştirakçıya mentor təyin olunur
Proqram zamanı nə əldə edəcəksiniz?
• Satış və lizinq prosesləri ilə tanışlıq
• Müştəri xidmətlərində təcrübə
• Şirkətdaxili prosedurlarla tanışlıq
• Peşəkar iş mühitində təcrübə
Namizədlərə tələblər:
• Ali təhsil
• B kateqoriya sürücülük vəsiqəsi
• Ünsiyyət bacarıqları və öyrənməyə həvəs
• Komanda ilə işləmə bacarığı
Təcrübə proqramı aşağıdakı filiallarda keçiriləcək:
• Şəmkir filialı
• Bərdə filialı
• Cəlilabad filialı
• Gəncə filialı
• İmişli filialı
• Quba\Xaçmaz\Qusar filialı
• Salyan filialı
• Şəki filialı
• Ucar\Göyçay filialı
Müraciət zamanı mövzu yerində “Təcrübə proqramı” və müvafiq bölgəni qeyd etməyiniz xahiş olunur.
Müraciətlər üçün e-mail: hr@prior.az



