spot_img
HomeKaryera"Qarabağ Universitetinin Klinikası"-da xəstə xidmətləri şöbəsinin müdiri vakansiyası
spot_img

“Qarabağ Universitetinin Klinikası”-da xəstə xidmətləri şöbəsinin müdiri vakansiyası

İşəgötürən: Qarabağ Universitetinin tabeliyində “Qarabağ Universitetinin
Klinikası” publik hüquqi şəxs
Vəzifə: Xəstə xidmətləri şöbəsinin müdiri
İşin təsviri:

  • Ambulator və stasionar xəstələrin qeydiyyat və qəbul proseslərinin fasiləsiz və düzgün icrasına nəzarət;
  • Qeydiyyat zamanı sənədlərin düzgün toplanması və sistemə inteqrasiyasının təmin edilməsi;
  • Təcili yardım, poliklinika və klinik bölmələrə xəstə axınının effektiv idarə olunması;
  • İcbari və könüllü tibbi sığorta ilə bağlı xəstələrin məlumatlandırılması və yönləndirilməsi;
  • Sığorta şirkətləri ilə işin təşkili, müqavilələrin icrasına nəzarət və xidmətlərin sığorta şərtlərinə uyğunluğunun yoxlanması;
  • Şöbələr və həkimlər arasında koordinasiyalı tibbi prosesin təşkili, kompleks hallarda tibbi trayektoriyanın idarəsi;
  • Xəstənin klinikaya qəbulundan çıxışına qədər bütün mərhələlərin (marşrut menecmenti) idarə olunması;
  • Tibbi xidmət paketlərinin (check-up, əməliyyat və s.) hazırlanması və təqdimatı;
  • Xidmətlərin tanıtımı üzrə satış və kampaniya strategiyalarında iştirak;
  • Ödənişli xidmətlərin təqdimatı və pasiyentlərlə effektiv kommunikasiya;
  • Pasiyentlərin xidmətlər, qiymətlər, prosedurlar və sənədləşmə barədə operativ məlumatlandırılması;
  • İnformasiya məntəqəsi və xidmət masası fəaliyyətinə rəhbərlik;
  • Evə yazılan xəstələrin sənədləşməsi və təlimatların çatdırılmasına nəzarət;
  • Qeydiyyat, koordinasiya, sığorta və informasiya bölməsi əməkdaşlarının iş bölgüsünün və növbə cədvəllərinin tərtibi;
  • Müxtəlif növ növbə rejimlərinin idarə olunması və nəzarəti;
  • Yeni əməkdaşların adaptasiyası və daxili təlimlərinə rəhbərlik;
  • Proseslərin təkmilləşdirilməsi və qeydiyyat prosedurlarının optimallaşdırılması üzrə təşəbbüslərin irəli sürülməsi.

Tələblər:

  • Ali təhsil (səhiyyə, idarəetmə və ya əlaqəli sahələr üzrə);
  • Müvafiq sahədə minimum 5 il iş təcrübəsi;
  • Tibbi idarəetmə və səhiyyə sistemi üzrə biliklərə malik olmaq;
  • Xəstələrin qeydiyyat və qəbul prosesləri barədə məlumatlı olmaq;
  • Sığorta sistemləri və ödəniş mexanizmləri haqqında biliklər;
  • Səhiyyə informasiya texnologiyaları üzrə proqram təminatlarının iş
    prinsiplərini bilmək;
  • Sənədlərin tərtibatı, qeydiyyatı və sistemləşdirilməsi sahəsində
    bacarıqlar;
  • Azərbaycan dilində sərbəst yazı və şifahi nitq bacarığı, ingilis dili
    bilikləri üstünlük sayılır;
  • Microsoft Office proqramları ilə sərbəst işləmək bacarığı;
  • Yüksək ünsiyyət bacarığı, təşəbbüskarlıq, məsuliyyətlilik və
    idarəetmə qabiliyyəti.

Tələb olunan sənədlər:

  • tərcümeyi-hal;
  • CV;
  • ali təhsili təsdiq edən sənəd və ya sənədlərin surəti.

Rəqabətədavamlı əməkhaqqı təklif olunur.
Müraciət üçün son tarix:15 avqust 2025-ci il Müraciət üçün qeyd edilən tarixədək lazımi sənədləri kufmhs@karabakh.edu.az elektron poçt ünvanına başlıqda “Xəstə xidmətləri şöbəsinin müdiri” yazmaqla göndərməyiniz xahiş olunur.

Qeyd: Tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar