Azərbaycan Texniki Universitetinin (AzTU) bakalavriat və magistr səviyyəsində təhsil alan tələbələri Türkiyənin Bahçeşehir Universitetində (BAU) 2025/2026-cı tədris ilinin yaz semestrində təhsil almaq üçün müraciət edə bilərlər.
Qeyd edək ki, BAU-da tədris ingilis və türk dillərində aparılır. Hər iki dildə ixtisas və fənlərin siyahısına linkə daxil olmaqla baxa bilərsiniz.
Mübadilə üçün şərtlər və tələb olunan sənədlər:
– AzTU-nun bakalavr (2-ci və 3-cü kurs) və ya magistr (1-ci kurs) tələbəsi olmaq;
– Ərizə forması (Application Form);
– Transkript (ÜOMG minimum 75 bal bakalavr tələbələri üçün);
– İngilis dili biliyini təsdiq edən sənəd (minimum B2 səviyyəsi).
QEYD: Mübadilə əməkdaşlıq müqaviləsi çərçivəsində aparıldığına görə BAU-da 1 semestrlik təhsil haqqı istisna olmaqla, digər bütün xərclər (yol, qalmaq və gündəlik xərclər) tələbənin özü tərəfindən qarşılanacaq.
Mübadilədə iştirak etmək istəyən tələbələrdən tələb olunan sənədləri international@aztu.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
· Sənədlər siyahıya uyğun göndərilmədiyi təqdirdə müraciətlər qeydə alınmayacaq.
· IELTS / TOEFL sertifikatı olanlar və ingilis dili bölməsində təhsil alanlar birbaşa seçiləcək.
· Sertifikat təqdim edilmədikdə ingilis dili biliyi üzrə imtahan təşkil olunacaq.
Müraciət üçün son tarix: 01.11.2025
Əlaqə:
Beynəlxalq əlaqələr şöbəsi (AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq)
E-mail: international@aztu.edu.az
Tel: (+994 12) 539 13 48



