Türkiyə-Azərbaycan Universitetində (TAU) İngilis dili hazırlıq proqramlarında dərs keçmək üçün müəllim vəzifəsinə vakansiya elan edilir.
Tələblər:
Ali təhsil (ingilis dili müəllimliyi, ingilis dili filologiyası, ingilis dili üzrə tərcüməçilik, İngilis dili və ədəbiyyatı ixtisaslarında magistr dərəcəsi);
İngilis dilinin tədrisi üzrə minimum 2 (iki) – 5 (beş) il pedaqoji təcrübə;
Beynəlxalq dil sertifikatına (CELTA, TESOL, TOEFL) malik olmaq;
ODTÜ Hazırlıq proqramına uyğun dərslərdə peşəkar çeviklik;
İngilis dilində motivasiya məktubu;
İnnovativ, interaktiv metod və texnologiyalardan istifadə bacarığı;
Tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarığı;
Yüksək kommunikasiya və tədqiqatçılıq bacarıqları.
Dil və təlim sertifikatı üzrə tələblər:
TOEFL imtahanından minimum 100/120 bal
CELTA və ya TESOL sertifikatı üzrə uğurlu nəticə (Pass, Pass B və ya Pass A kimi nəticələr qəbul edilir)
Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə, öz CV-lərini cv@tau.edu.az elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Müraciət üçün son tarix: 21.05.2026



